“Araz” supermarket məhkəmə qarşısında – İşə Ali Məhkəmədə baxılacaq

Ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Araz”a qarşı məhkəmə iddiası qaldırılıb. Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bədəlov Bəxtiyar Əbülfəz oğlu tərəfindən qaldırılıb. Şikayətçi “Araz” supermarketindən işə bərpa olunmasını və əmək haqqını tələb edir. Qeyd edək ki, iddia Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatına verilib. Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Araz […]

Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM

Bu il Ramazan ayının martın 11-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 10-da görünəcəyi proqnozlaşdırılır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytındakı təqvimdə qeyd edilib. Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 28, 30 mart, 1 və 5 aprel tarixlərinə təsadüf edəcək. Eyni zamanda təqvimdə Ramazan bayramı aprel ayının […]

NATO-nun baş katibi: “Ukraynanın cəbhədəki vəziyyəti çox ağırdır”

Ukrayna Silahlı Qüvvələri (USQ) NATO ölkələrinin onları kifayət qədər sayda mərmi ilə təmin etməməsi səbəbindən hazırda cəbhədə çox çətin vəziyyətdədir. Bizimyol.info xəbər verir ki, bunu Kanadanın “CTV” telekanalında Alyansın baş katibi Yens Stoltenberq deyib. “Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət çox ağırdır. Biz rusların bəzi uğurlarını, o cümlədən Avdievkanın ələ keçirilməsini də gördük. Bu, […]

Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,38 ABŞ dolları, yaxud 1,57 % azalaraq 86,93 ABŞ dolları təşkil edib. Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 82,62 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq […]

Şahid xanım oliqarx oğlunu ifşa etdi: “Davanı o salıb” -XİDEO

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə proses davam edir. Şamxal Məmmədovla Cavad Muradov bu ilin yayında “Sea Breeze”də qrup halında xuliqanlıq etməkdə, sonuncu əlavə olaraq əmlakı qəsdən zədələməkdə ittiham olunur. İttihama görə, Cavad Muradov Elmir İsmayılovun maşınını əzib. Elmir İsmayılov da, Cavad Muradov da bunu qətiyyətlə təkzib […]

Azərbaycanın 7 vətəndaşı Suriyadan gətirildi

Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Musavat.com-un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil […]

XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı AÇIQLAMA

Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək.

Azərbaycan Vardanyanın bankını alır? – Ermənistanda SENSASİYA yaradan əməliyyat

Gürcüstanın ən böyük bankı olan “Bank of Georgia”nın (BOGG PLC) Ermənistanda “Ameriabank”ı almaq niyyəti erməni ictimai rəyində ciddi müzakirələr yaradıb. Cumhuriyyet.az Publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası bir neçə şübhəli sualı araşdırmağa çalışır. – Ermənistanda müxtəlif banklar satışa çıxarılıb, sonuncu olaraq, HSBC, lakin “Bank of Georgia” niyə məhz “Ameriabank”ı almaq istəyir? – “Ameriabank”ın səhmdarlarından olan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829