Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə məzun günü keçirilib

17 may 2024-cü il tarixdə GDU-nun nəzdində Regional Kollecdə “Məzun günü” qeyd edilib. Əvvəlcə Şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Tədbiri açan Kollecin direktoru dossent İlqar Kubışov məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, onların müstəqil ölkəmizin hərtərəfli inkişafına layiqli töhfə verəcəklərinə əminliyini söyləyib.Sonra […]

Qəza, yoxsa sui-qəsd – Rəisi İran hakimiyyəti daxilində kimlərin səbrini daşırmışdı?

Mayın 19-da İran Prezidenti Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Əli Abdulhayan və onları müşaiyət edən rəsmi şəxslərin helikopter qəzasında həlak olması dünya gündəminin əsas mövzusudur. Prezidentin helikopterinin necə olub qəzaya düşməsi sirr pərdəsinə bürünüb. Hələlik qəzanın dəqiq səbəbləri məlum deyil. Nə helikopterin “qara qutusu” oxunub, nə də hökumət olaya aydınlıq gətirən açıqlama yayıb. Ancaq […]

Azərbaycanda müştərilər ən çox bu banklardan şikayət edirlər

2024-cü ilin aprel ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank səhmləri Rusiya hökumətinə məxsus olan “Bank VTB Azərbaycan” ASC olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (4,94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” QSC isə üçüncü (4,79 indeksi) olub. Barəsində ən […]

Pulunu balta kəsməyən iki deputat: Cavanşir Feyziyev, Ağalar Vəliyev

Seçki sistemində hər hansı problem olmayan, seçki komissiyalarının şəffaf və obyektiv fəaliyyət göstərdiyi ölkələrdə hansısa iş adamının deputatlıq iddiasına düşməsində, parlamentə seçilməsində vətəndaşlar qəbahətli heç nə görmürlər. Məntiqlə iş dünyasında hər hansı korrupsiya, inhisarçılıq, oğurluq və digər kölgəli mexanizmlərdən keçmədən uğur qazanan birinin siyasətdə də özünü sınamasında pis heç nə yoxdur. Əksinə, özlərinə görə uğur […]

Milli Məclisin növbədənkənar sessiyası: deputatlardan imzalar toplanıb

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Qaynarinfo xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanıb. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

SOCAR-ın sabiq vitse-prezidentinin oğluna İLGİNC ittiham – məhkəməni saymır, DNT testindən keçmir!

“Orxan İsmayılzadə DNK ekspertizası keçirilən gün Bakıda idi. “Sentral Baku” restoranında oturmuşdu. Mən onu orada gördüm. O da məni gördü. Göz-gözə gəldik. Az 90 UU 900 “Porshe” maşınını da orada restoranın qabağında saxlamışdı. Amma məhkəmənin təyin etdiyi ekspertizaya gəlmədi, məhkəməni belə saymadı”. Bu sözləri Musavat.com-a SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasova deyib. Onun sözlərinə […]

Dəhşətli qəza İranın siyasətini dəyişəcəkmi

Cənub qonşumuzla münasibətlərimizi pozmaq cəhdləri əbəsdir; Tehranda səfirliyimiz iyulda bərpa olunacaq;  Azərbaycan Prezidenti: “Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi” İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və digər rəsmi şəxslərin olduğu helikopterin Şərqi Azərbaycan ərazisində qəzaya uğraması xəbəri şok effekti verib, dünyanın bütün xəbər məkanında əsas […]

“Laçın” qırıcısı Azərbaycana təhvil verildi

“Laçın” adının verildiyi, modernləşdirilmiş “SU-25 ML” markalı qırıcı təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib. Bu barədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətindən məlumat verilib. Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir. Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla […]

Elmira Axundovanın oğlunun şərikini əfvlə türmədən çıxarmaq istəyirlər – ŞOK MÜRACİƏT

Sabiq səfir Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışan 8 milyonluq dələduzluq işi üzrə həbsə alınan Elnur İbrahimovun əfvə salınması üçün addımlar atılıb. Musavat.com-un xəbərinə görə, bu haqda iş üzrə zərərçəkənlər Əfv Komissiyasının sədri Samir Nuriyevə və Komissiya üzvlərinə yazdıqları məktubda məlumat veriblər. Onlar  qanunsuzluğun qarşısının alınmasını xahiş edirlər. Məktub müəllifləri yazırlar ki, Bakı Ağır Cinayətlər […]

Hakim partiyadan Paşinyanın İSTEFASI barədə AÇIQLAMA

“Baş nazir Nikol Paşinyanın istefası nəzərdən keçirilmir”. Musavat.com xəbər verir ki, bunu Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının sədr müavini Vaaqn Aleksanyan brifinqdə deyib. Onun sözlərinə görə, fraksiya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını da istisna edir. “Növbədənkənar parlament seçkilərinin gündəliyi yoxdur. Müxalifət mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq. Müxalifətin baş nazirin impiçment prosesinin başlanması […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031