Qalmaqallı iş adamı ilə Quba RİH arasında məhkəmə

“KredoBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının üzvü Müşfiq Vəkilov Quba Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, işin mahiyyəti qeyri-yaşayış sahəsi ilə bağlı mübahisələrdən ibarətdir. Müşfiq Vəkilovun iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Könül Həbibovanın icraatındadır. Təfərrüatları Müşfiq Vəkilovdan və Qubar Rayon İcra Hakimiyyətindən öyrənmək mümkün olmayıb. Müşfiq Vəkilov qalmaqallı […]

Delimitasiya prosesi ilə bağlı YENİ DURUM AÇIQLANDI- RƏSMİ

Müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat […]

Savadsız kimdir: 40 ilin müəllimi, yoxsa?..

Azərbaycan Elm və Təhsil Nazirliyinin(ETN) təhsil sistemində apardığı islahatlar ölkə cəmiyyətinin istər ziyalı, istərsə də sadə təbəqəsi tərəfindən birmənalı qarşılanmır. Çünki təhsil sisteminə gətirilmiş yeni tədris proqramlarından tutmuş, öyrətmə üsullarına, davranış qaydalarına qədər, əksər prinsiplər özünü doğrultmur. Bir zamanlar səviyyəsinə görə çox yüksəklərdə dayanan Azərbaycan təhsili bu gün iməkləyən uşaq obrazına bənzəyir… Fikri əsaslandırmaq üçün […]

Maşın bazarında son vəziyyət: Bu avtomobillər 3-4 min manat ucuzlaşdı

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir. Belə ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilərsə və ya ölkəmizdə istehsal […]

Bakıda qadını DÖYƏ-DÖYƏ evindən çıxaran şirkət bu məmurun imiş – Açıqlama/Video

Bakıda gecə saatlarında qadın naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb. Daha sonra ekskavatorla hasarı və evi dağıdılıb, həyətindəki ağacları məhv olunub. Tribunainfo.az xalq.az-a istinadla məlumat verir ki, hadisə paytaxtın Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə “FENIKS-AA” MMC-dir. Sayt yazıb ki, “FENIKS-AA” MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin […]

Marsda bombardman – hər gün meteorit düşür, zəlzələ olur

Beynəlxalq tədqiqatçılar qrupu Marsda baş verən davamlı zəlzələlərin gündəlik meteorit bombardmanı nəticəsində yarandığını aşkar edib. Musavat.com xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan məqalədə deyilir. NASA-nın InSight missiyası zamanı qeydə alınan seysmik siqnalların təhlili göstərib ki, yerüstü nəqliyyat vasitəsinin bilavasitə yaxınlığında qeydə alınan altı hadisə Mars atmosferinə daxil olan meteoritlərin nəticəsidir. Bu […]

Zelenskid Putinlə danışıqlara şərt qoydu: mümkündür, ancaq…

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Putinlə danışıqların mümkünlüyündən söz açıb. Musavat.com xəbər verir ki, bu barədə o, fikirlərini “Philadelphia Inquirer”ə müsahibəsində bölüşüb. Qeyd edək ki, Zelenski əvvəllər dəfələrlə belə danışıqların qeyri-mümkünlüyündə israr edirdi və bu, hətta Ukraynada qanunla təsbit olunub. Vladimir Zelenskinin sözlərinə görə, Rusiya lideri ilə danışıqların yeganə variantı vasitəçilər tərəfindən aparılmasıdır, çünki […]

Azərbaycanlı alim YÜKSƏK MÜKAFATA layiq görüldü – FOTO

Kanadanın Toronto Universitetinin professoru, Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre) İdarə Heyətinin üzvü Nazilə İsgəndərova 2023-cü il Ontario Hökumətinin Müxtəliflik üzrə Çempion Mükafatının (Champion of Diversity Award) 4 laureatından biri seçilib. Musavat.com xəbər verir ki, bu mükafat Ontarioda immiqrantların uğuru, iqtisadi artım, mədəni müxtəliflik və inklüzivliyə töhfə verən şəxsləri, qrupları və […]

Taksidə qiymətlər nə qədər artacaq?

Bu gündən etibarən ölkədə bir sıra qaydalar və dəyişikliklər qüvvəyə minir. Bu qaydalardan bəziləri də taksi sektoru ilə əlaqədardır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər artıq müəyyən tələblərə əməl etməli olacaqlar. Yeniliyin sözügedən nəqliyyat vasitələrindəki say amilinə təsir edəcəyi və qiymətlərdə dəyişikliyə səbəb olacağı gözlənilir.  Maraqlıdır, bəs bundan sonra həmin sahədə vəziyyət necə olacaq? Taksi […]

Heç vaxt deputat seçilməyənlər – Bu dəfə şans üzlərinə güləcəkmi?

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə olduğu kimi, seçki yarışmasının bu dəfə də gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.  Yenisabah.az xəbər verir ki, artıq çox sayda iddiaçının adı məlumdur. Bu sırada həm iqtidar, həm müxalifət təmsilçilərinin, həm də Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin adı var. İmzatoplama kampaniyası başlayandan sonra siyahıya yüzlərlə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031