İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edir

23.10.2017 - 14:07

Stokholm Pxenyandan 43 il əvvəl yaranmış borcu qaytarmasını tələb edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə KBS radiostansiyası EKN sığorta şirkətinin məruzəsinə əsasən məlumat verir.

Radiostansiya bildirib ki, Şimali Koreya İsveçə 330 milyon dollar borcludur.

“KXDR İsveçə borcu olan, amma bu borcu qaytarmağa heç cəhd də göstərməyən yeganə dövlətdir”, – deyə KBS bildirib.

Qeyd edək ki, KXDR 1974-cü ildə İsveçdən bir neçə min “Volvo” avtomobili və bir sıra digər məhsullar alıb. Amma malların qəbulundan sonra rəsmi Pxenyan hər dəfə müxtəlif səbəblər gətirməklə, pulu köçürməkdən boyun qaçırıb.

Bildirilir ki, Pxenyanın borcu ilk il 73,5 milyon dollar olub, lakin son illər faizlər nəticəsində borc 4,5 dəfə artıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930