Dünyanin ən ilginc türmədən qaçış hekayələri… – FOTOLAR

23.10.2017 - 18:14

Film ssenarisinə bənzəyir, amma hamısı real hadisələrdir

Hazırda bütün ölkədə qaçan iki məhbus barədə xəbərlər müzakirə olunur. Amma dünya belə hekayələrlə çalxalanır. Bu haqda filmlər çəkilib, romanlar yazılıb. Məhbusların hər zaman bir “B” planı olub və ən “cəsarətli” olanlar bir qaçış hekayəsi yaradıblar.

Bizdə baş verən hekayə də klassik tonları ilə fərqlənir. Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar.

Keçək, ilginc qaçış hekayələrinə. Hansı ölkənin məhbusları türmədən niyə və necə qaçırlar?

Başlayaq Danimarkadan. Burada məhbusların həbsxanadan qaçmaq hüquqları var. Ələ keçdikdə isə onları heç bir cəza gözləmir. Məntiq də bundan ibarətdir ki, əgər kimsə həbsxanadan qaçırsa, deməli, fərasətli adamdır. Ona cəza tətbiq etmək ədalətsizlik olar.

Həbsxandan qaçmaq istəyi hər məhkumun ilk həbs günündən etbarən düşündüyü, amma qurulan bir çox planın suya düşməsi ilə uğursuz olan bir prosesdir. Amma insanları heyrətə salan bir çox hekayələr var. Onları bir-bir nəzərdən keçirək.

bakan-adam-john-listelist

1. Con Dillincer

1930-cu illərin əvvəlində dünyanın böyük bir hissəsində təsirli olan 1929 Dünya İqtisadi Tənəzzülü və ya Böyük Böhran olaraq adlandırılan kriz Amerikada da təsirini xeyli göstərmişdi. Xalq bu tənəzzülün səbəbkarı olaraq bankları görürdü. Həmin vaxt bank qarətləri ilə barəsində xeyli söz-söhbət yaradan Con Dillinger bir cinayətkar olmasına baxmayaraq, xalq tərəfindən qəhrəman elan edilmişdi.

Bir neçə dəfə polisləri adlatmağı bacaran Dillinger son olaraq həyata keçirdiyi soyğunda isə qaçmağın mümkünsüz olduğunu görüb. Onu içində ən təhlükəli cinayətkarların olduğu ‘’Crown Point’’ həbsxanasına yerləşdiriblər. Amma o, həbsdə olduğu günlərdə yonduğu və daha sonra qara rənglə rənglədiyi taxta parçası ilə nəzarətçilərini təhdid edib, daha sonra isə həbsxana müdirinin maşınını alaraq qaçmağa nail olub. 1934-cü ildə getdiyi bir kinoinun çıxışında isə polisə ötürülən xəbərlə FBİ əməjkdaşları tərəfindən ələ keçirilib.

kolları-baglı-duran-adam

2. Çarlz Viktor Thompson

Keçmiş sevgilisini və onun yeni sevgilisaini öldürməyə görə edam cəzasına məhkum edilən Thompson bunu haqq etmədiyini düşündüyü üçün özünə bir qaçış planı hazlrlayıb. Təbii ki, planının uğurlu olması üçün şansı da yanında olmalı idi və oldu.

İlk olaraq hücrəsinə köynək, şalvar kimi gündəlik geyimlər daxil etməyə nail olan Thompson irəliləyən müddətdə vəkili ilə görüşmə tələbi irəli sürüb. Görüşmə günündə otağa girib və vəkili gəlmədən geyimlərini dəyişdirib, otaqdan qaçmağı bacarıb.

Çıxarkən onu dayandıran və şəxsiyyət vəsiqəsi tələb edən məhkəmə nəzarətçilərinə də böyük soyuqqanlılıqla vəsiqəsini göstərdi və onları aldamağı bacararaq həbsxanadan rahatca çıxdı. Amma az keçmədən polis tərəfindən yaxalandı.

3. Robert Vick

Amerikada isə dözülməz şaxta qəribə bir halın yaşanmasına səbəb olub. Kentucky əyalətində Lexington türməsindən qaçan cinayətkar Robert Vick, mənfi 20 dərəcə şaxtaya dözə bilməyib həbsə geri qayıtmaq istəyib. 11 il həbsə məhkum olan 42 yaşındakı Vick türmədən qaçdıqdan sadəcə bir gün sonra polisə zəng edərək, həbsxanaya geri qaytarılmasını xahiş edib.

tutuklu-ve-polis-listelist

4. Vassilis Paleokostas

Bir helikopter insidenti. Helikopterlərin bir ticari taksi kimi həbsxanalara gəlib, məhkumları götürüb getməsi də ayrıca bir hekayədir əslində. Onun adı Yunanistanda Robin Hood. Amma bunu biz yox, BBC deyir. Paleokostas oğurladığı pulları kasıb ailələrə paylaması ilə məşhurdur. Qaçış hekayəsi isə qardaşının kirayələdiyi helikopter ilə həbsxana bağçasına enərək, “Yunan Robin Hood”u qacıması şəklindədir. Burada olan incə, amma yetərində böyük olan detall isə nəzarətçilərin helikopteri fərq edib, bunun təftiş üçün gələn müfəttişlərə aid olduğunu zənn etmələri. Qaçdıqdan bir müddət sonra yaxalanan Vassilis üçün daha sonra bir dəfə də helikopter gelir və onu alıb gedir.

© PHOTOPQR/LE DAUPHINE LIBERE/M. PASCUAL RICHERENCHES( Vaucluse) le 9 mai 2003.  Ce matin, a l'aube , les forces de l'ordre sont intervenues dans un gite pour apprehender quatre individus dangereux, qui s'etaient evader de la prison de Luynes pres d'Aix en Provence PHOTO DE Pascal PAYET

5. Paskal Payet

Fransada ən qatı cinayətkarlardan biri olan Paskal Payet tam üç dəfə helikopterlə qaçmağa cəhd edib və bunların hər birində də uğur qazanıb. O, hər dəfə fərqli cinayətlərə görə həbs olunur, amma hər dəfə də türmədən qaçmağı uğurla bacarır. Onun bütün qaçış hekayələri helikopterlə baş tutur. Son qaçışından iki ay sonra isə Paskal İspaniyada yaxalanıb, Fransaya təslim edilir.

hapishane-listelist

6. Richard McNair

Tutulandan sonra üç polis məmuru ilə polisdə eyni otaqda olarkən, dodaq nəmləndirici kremini qollarına sürtüb və sürüşən əllərindən qandalları çıxarıb. Uzun bir zaman keçmədən təkrar tutulan McNair, haəbsxananın havalandırma borularından istifadə edərək, təkrar qaçmağa nail olub. 10 ay qaçmağı bacarandan sonra tutulanda isə təhlükəsizlik tədbirlərinin yüksək olduğu bir türməyə yerləşdirildi. Burada posta çantalarını təmir etmə işində çalışarkən bir gün bu çantaların böyük olanlarından birinin içinə girməyi bacatdı və çantaları götürməyə hələn maşın sayəsində bayırdakı anbara çıxmağa nail oldu.

Richard McNairın hekayəsini ilginc edən detal isə onun bir polis tərəfindən dayandırılması və polisi özünün sıradan bir vətəndaş olmasına inandırmasıdır. Hətta o qədər yaxşı rola girib ki, söhbətin sonunda yolu öyrənməyi də unutmayıb.

gozleri-acık-bakan-adam-listelist

7. Alfred Corc Haynd

Bir brilyant oğrusu olan və məharətlərini türmədə də istifadə edən Alfred həbsə düşən kimi açarın şəklini əzbərləyib və onun bir təqlidinihazırlayıb. Təbii ki, 8 ay sonra tutulanda ona heç bir açar göstərilməyib. Amma məhkəməsinin getdiyi vaxt tualetə getmək üçün icazə istəyib və burada qandallarından qurtulub. Nəzarətçiləri isə Hinds ayaqyolunda kilidlədiyi üçün həmin an onu heç kim tuta bilməyib. 1953-cü ildə Alfi Haynds zərgərlik mağazasını soyduğu üçün həbs cəzasına məhkum olunmuşdu.

Oğurladığı 90 min dolları o, heç vaxt qaytarmamışdı. Məhkəmədə o, öz günahını boynuna aldı və 12 il həbs cəzasına məhkum olunmuşdu. Alfi naməlum şəkildə bağlı qapılardan və 6 metr hündürlüyündə olan divardan qaçmışdı. Qaçışdan sonra o, düzgün həyat tərzi sürürdü: inşaatçı və dekarator kimi çalışırdı.

1956-cı ildə isə Skotland Yardın detektivləri nəhayət ki, onu izləyib həbs etdirirlər. Həbsdən sonra məhkəmə zalında Haynds ittihamları həbsxanaların işçilərinə qarşı çevirir və onları qeyri–qanunu həbs etmədə günahlandırır. Yaranmış vəziyyətdən yararlanaarq Hayds məhkəmədən qaçmışdı. İki mühafizəçi onu qandalla ayaq yoluna gətirdikdə o, mühafizəçiləri ayaq yoluna itələyir və onların üzünə arxadan qapını açarla bağlayır.

8. Culian Şotard

2009-cu ildə fransız təşviqatçı Culian Şotard həbsxanadan cəsarətli və ağıllı üsulla xilas olunur. Şimali London Pentonvil həbsxanasına furqonla bir qrup dustaqlar gətirilir. Digər dustaqlar içəriyə daxil olarkən Şotard furqonun arxasına keçir və bir neçə dəqiqədən sonra həbsxanadan qaçmağa müvafiq olmuşdu. Daha sonra o özü polisə gələrək təslim olmuşdu.

uc-mahkum-adam-listelist

9. Frenk Morris, Klarens və Con Enqlin

1962-ci ilin 11 iyununda Frenk Morris Con və Klarens Anqlin qardaşları ilə birlikdə tarixin ən mürəkkəb qaçış planını həyata keçirmişdilər. Morris və Anqlin qardaşları havalandırma şaxtası ilə qalxırlar və bacaların birindən həbsxananın damına çıxırlar. Daha sonra isə onlar damdan aşağı düşmüşdülər və adada rezin qayıqlar ilə üzmüşdülər. Alkatras türməsində mühafizəçilər dustaqların yoxluğunu gec aşkarlamışdılar, çünki dustaqlar öz yerlərinə sabun, tualet kağızı və həqiqi saçlardan düzəldimiş saxta başlar düzəldib yataqlarına qoymuşdular.

QADIN QİYAFƏSİNDƏ QAÇAN DA VAR, QAÇANDAN 32 İL SONRA TUTULAN DA…

Amma bunlardan da maraqlı hekayələr var. Məsələn, ABŞ-ın Arkanzas ştatının hakimiyyət orqanları 32 il əvvəl qaçmış cinayətkarı tutmağa müvəffəq olublar. Məlumata görə, 60 yaşlı Stiven Dişman ştatın şimal-qərb hissəsində saxlanılıb. O, həbsxanadan 1985-ci ilin mayında, oğurluğa görə 7 illik cəza çəkərkən qaçıb. Qeyd edilir ki, onun cəzasının icrası 1984-cü ildə qüvvəyə minib.

Dişmanın hüquq-mühafizə orqanları tərəfindən necə saxlanılması, onun yerinin müəyyənləşdirilməsinin detalları açıqlanmır. Məhkum cəzasının çəkilməmiş hissəsini çəkəcək.

Adanada özünü həkim olaraq tanıdıb, 4 adama plomb və botoks edən “saxta estetik cərrah” həbsxanadan qaçan şəxs tutulub. Yunanıstana qaçmağa hazırlaşan Soner Gülnaz, həbsxanadan yoxa çıxdıqdan 5 gün sonra tutulub. Oğurluqdan barəsində 5 il 3 ay şərti azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün Adana Açıq Ceza Təcridxanasına göndərilmişdi.

Qeyd edək ki, Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona dodaq silikonu etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı.

Bu ilin mayında Hondurasda 55 yaşlı Fransisko Herrera Arqueta qadın paltarında həbsxanadan qaçmağa çalışıb. O, ailələrin məhkumları ziyarətə gəldiyi gündə uzun bir ətək, sarı parik, günəş gözlüyü və saxta sinə ilə qadın görüntüsünə girib.

Arqueta makiyaj edib, hətta dırnaqlarına boya da sürtüb. Lakin o, mühafizəçilər tərəfindən şübhəli qarşılanaraq saxlanılıb. Bir mühafizəçi ondan gözlüyünü çıxartmasını istəyib. Onlar Arquetanın qəribə yeridiyini və səsinin də kişi kimi çıxdığını hiss ediblər.

Bir mafyanın lideri olan və “Don Chico” ləqəbi ilə tanınan Arqueta 2015-ci ilin sentyabrında həbs edilib. O, qaçmağa xəhd etdiyi üçün daha ağır cəza ilə üzləşəcək və ölkənin ən təhlükəli həbsxanalardan olan “El Pozo”ya transfer olunacaq.

2016-cı ilin oktyabrında Braziliyanın San-Paulu şəhərində həbsxanadan 470 məhbus qaçıb. Bundan əvvəl 200 məhbusun cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilirdi.

Məlumata görə, qiyam qaldıran məhbuslar həbsxanada yanğın da törədiblər.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 338 məhbus yaxalanıb, digərlərinin axtarışı davam etdirilir.

Sevinc TELMANQIZI

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102240

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930