Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri

18.11.2017 - 11:47

Ötən əsrdə dünya hakimiyyəti və planetin idarə edilməsi barədə müəyyən iddialar, teoriyalar ortaya atıldı.
Bəzi araşdırmaçılara görə dünyanı massonlar, bəzilərinin fikrinə görə isə iluminatilər idarə edir. Bəziləri isə daha da irəliyə gedərək dünyanın yadplanetlilər tərəfindən idarə edildiyini iddia edir. Bu teoriyalardan hansının düzgün olub-olmadığını biz də bilmirik. Sadəcə bu gün “Ölkə.Az” oxucularına dünyanı idarə edən iluminatilər haqqında qısa məlumat verəcəyik.
Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Dünyanı qüdrətli iluminatilər ailəsi idarə edir. Onlar gizli şəkildə hökumət, KİV və maliyyə korporasiyalarına nəzarət edir və pərdə arxasından dünyanı idarə edirlər. Bütün hakimiyyət 13 qüdrətli ailənin əlində toplanıb.

Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Gizli qüvvələr Yeni dünya nizamı qurur və müntəzəm olaraq bəşəriyyət və planetin təbii ehtiyatları üzərində tam nəzarət planını həyata keçirirlər.
Ekspertlər bu planı zəncirli totalitarizm adlandırırlar. Çünki güclü dünya müntəzəm olaraq, addım-addım cibimizə və beynimizə müdaxilə edir.
Bu gizli təşkilatın zirvəsində “13-lər Şurası” dayanır. Bu elit klub bizim həyatımızı təyin edən, planetin ən qüdrətli ailələrindən ibarətdir.
Ağıllı insanlar yavaş-yavaş dərk edirlər ki, 1% insan 99% təbii ehtiyatlara nəzarət edir. Hakimiyyət bu 13-lərin əlindədir.

Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Amma onların sıralarına daxil olmaq üçün müraciət etmək mümkün deyil. Onlar özlərini Yerin hakimi, qədim Tanrıların davamçıları adlandırırlar.

Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Ailələrin siyahısı budur: Rotşild (Bayer və ya Bauer), Bryüs, Kavendiş (Kennedi), Mediçi, Hannover, Habsburq, Krupp, Plantagenetov, Rokfeller, Romanov, Sinkler (Sent-Kler), Varburq (del Blanko), Vindzor (Saksen-Koburq-Qote).
Güman ki, bu tam siyahı deyil. Amma məhz bu sülalələr dünyanın taleyini həll edirlər. Ən nüfuzlu sülalə Rotşildlər sülaləsidir. Onların təxminən 500 trilyon dollar sərvətləri var. Bu istənilən dövlətin büdcəsindən qat-qat çoxdur.
Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Ailələr onlara bağlı şirkətlər şəbəkəsi ilə nüfuz edirlər. Bu şəbəkələr arasında:
London Siti- maliyyə mərkəzi, Böyük Britaniyanın bir hissəsi deyil;
ABŞ Federal Rezerv Sistemi-özəl bank, ABŞ-a aid deyil;
Vatikan-ideoloji mərkəz, İtaliyaya məxsus deyil;
Vaşinqton-hərbi, strateji və siyasi qərar alma mərkəzi, ABŞ-ın bir hissəsi deyil.
Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Beyin yuyulması
Ailələr tərəfindən təhsil sistemi də qurulub. Mövcud təhsil sistemi beyinsiz qullar yetişdirmək üçün nəzərdə tutulub. Bu qullar işləyir, əmrləri yerinə yetirir və elit klubu daha da varlandırır. Məktəb və institutlar düşünməyi yox, yadda saxlamağı öyrədir. İnformasiyalar analiz edilmir və mövcud nizama boyun əyilir.
Əgər fikir versək, problemin daha dərində olduğunu anlayarıq. Əhalinin kütləşdirilməsi təhsil və dini təşkilatlar, mətbuat və maliyyə sistemləri tərəfindən həyata keçirilir. İnsanlar onlara deyilən hər şeyə inanaraq və onlara verilən əmrləri səssiz-səmirsiz yerinə yetirən iradəsiz qula çevrilirlər.

Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri
Valyuta qulları
Hər gün insanlar ən azı 8 saat işləyirlər. Bu iş bizə qida, alış-veriş, əyləncə, gediş haqqını ödəmək üçün pul qazandırır. Amma bu sadalananları biz seçmirik. Seçimi isə zövq və arzularımızı formalaşdıran TV reklamları, internet, jurnal, qəzet və bilbord reklamları müəyyənləşdirir və təyin edir.
İdarəçilərə müti robolar lazımdır. Bu robotlar artıq-əksik sual vermədən işləyirlər.
Dünyanı idarə edən 13 ailə — Ötən əsrin müəmmalı sirri

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104792

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930