Yəməndə 2,5 milyon insan içməli sudan məhrum olub

21.11.2017 - 12:43

Yəmənin paytaxtı Səna şəhəri və Əl-Bayda əyalətinin eyniadlı mərkəzi ölkənin təmiz su olmayan yaşayış məntəqələri siyahısına qoşulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakmeyə istinadən “Reuters” məlumat yayıb.
“Bu gün Səna və Əl-Bayda da siyahıya qoşulub. Su kəmərinin işinin dayanmasına Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə alınmasına görə nasos stansiyaları üçün yanacağın olmaması səbəb olub”, – deyə Jakme qeyd edib.
Bildirilir ki, ölkənin sıx məskunlaşan şəhərlərində təqribən 2,5 milyon yəmənli içməli susuz qalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105037

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930