“Russia Today” “Palmali” haqda sifarişli informasiya yayıb

22.11.2017 - 09:27

“Palmali” Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti tərəfindən şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlanılması barədə yayılan xəbərlərə münasibət bildirib
Gununsesi.info-nun məlumatına görə, “Palmali”nin regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov “APA-Economics”ə bildirib ki, yayılan xəbərlər uydurmadır.
T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları “Palmali”ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib.
“Qəti şəkildə bildirirəm ki, “Palmali” şirkətlər qrupunun Rusiyanın vergi və hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır. Bu yazının “Russia Today” telekanalı tərəfindən tirajlanmasına da təəccüblənmədim. Belə ki, bu telekanalın rəhbəri erməni əsilli Marqarita Simonyandır. Onu da qeyd edim ki, Simonyan Azərbaycana qarşı hər zaman ədalətsiz mövqedən çıxış edib. Bir daha deyirəm ki, şirkətimizin nümayəndəliyində heç bir yoxlama aparılmır”, – deyə o vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105114

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930