Kanada Ukrayna ordusunu avadanlıqla təmin edəcək
məqsədilə Ukrayna ordusunu qeyri-hərbi yardımla təmin edəcək.
Bununla bağlı açıqlamanı Kanadanın Baş naziri Stiven Harper verib.
Onun sözlərinə görə, orduya göndəriləcək avadanlıq sərhəd bölgəsində
əsgərlərin fiziki və tibbi müdafiəsini təmin etməyə kömək edəcək
dəbilqələr, gözlüklər, zirehli gödəkçələr, çadırlar və s. ibarətdir. O
deyib ki, bu yardım Ukrayna təhlükəsizlik qüvvələri və sərhəd
rəsmilərinə sərhəddə qeyri-qanuni keçidlərin müəyyən edilib qarşısını
almağa kömək edəcək.
NATO Rusiyanın Ukrayna sərhəddində minlərlə əsgəri qüvvənin
yerləşdirərək, hazır vəziyyətə gətirilməsi ilə bağlı narahatlığını
bildirib. Rusiya tərəfdarı separatçılar Ukraynanın şərq bölgələrinə
nəzarət edir.
Kanada hökuməti Ukrayna böhranında prezident Vladimir Putini
günahlandıraraq, Rusiya qarşı sanksiyalar tətbiq edib. Lakin hələlik bu
sanksiyalar Vladimir Putinin Kanadada biznes maraqları olan əsas
müttəfiqlərinə şamil edilməyib. (amerikaninsesi.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=10725