Un qəhətə çəkilib, çörək 3 manat yarıma … – Xəzərin o tayında son vəziyyət

15.12.2017 - 17:34

Türkmənistanda əsas ərzaq məhsullarının kəskin qıtlığı hiss olunur.

Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun türkmən xidməti bildirir.

Məlumata görə Mariysk və Axalsk vilayətlərində noyabr ayında un iki dəfə bahalaşıb, vətəndaşlar unun yenidən bahalaşacağından və qıtlaşacağından narahat olaraq kütləvi şəkildə un alıblar. Dekabr ayından isə un bütün ölkə ərazisində qəhətə çəkilib, regionların sakinləri paytaxta gedən qohumlarından və tanışlarından gələndə un alıb gətirməyi xahiş edir.

Un qıtlığı nəticəsində ölkənin bir neçə vilayətlərində ən ucuz çörəyin qiyməti 1 manatdan (0.28 dollar) 1.4-1.5 manata qalxıb. Aşqabadda isə əla növ undan hazırlanmış çörək iki həftə ərzində bahalaşaraq iki manatdan 3 manat yarıma satılır.

Dövlət mağazalarında toyuq əti də qıtlaşıb. Hazırda belə mağazalarda adambaşı 1 kiloqramdan artıq toyuq budu satılmır, qiymət isə 8 manatdır (2.3 dollar). Özəl mağazalarda toyuq budunu məhdudiyyətsiz almaq olar, amma kiloqramını 10 manatdan.

Un qəhətə çəkilib, çörək 3 manat yarıma, yumurta da tapılmır -

Aşqabadda yumurta da qıtlaşıb, qiyməti isə 50 faiz artıb. “Türkmənistan xronikası” xəbər verir ki, şəhərin dövlət mağazalarında yumurta ancaq böyüklərə satılır, özü də hərəyə 30 ədəddən çox olmamaq şərti ilə. Ərzaq satışı polis nəzarəti altında həyata keçirilir, onlar növbələrin fotosunu çəkməyi qadağan edirlər və ərzaq növbələrinə yeniyetmələri buraxmırlar.

Meyvə, tərəvəz, konditer məhsulları da iki dəfə bahalaşıb. Sənaye mallarının da kəskin bahalaşdığı xəbər verilir.

Daxili İşlər Nazirliyinin məmuru “Azadlıq” radiosuna bildirib ki, qiymətlərin artması süni qıtlıq və logistika çətinlikləri ilə əlaqədardır. Regiona təchizatçılar paytaxtı ərzaq malları ilə təchiz etməkdə çətinlik çəkirlər, çünki rayon nömrə nişanlı maşınların paytaxta girişinə icazə yoxdur.

Dekabrın 12-də, Türkmənistanın neytrallıq Günü ərəfəsində prezident Qurbanqulu Berdıməhəmmədov ölkədə “ərzaq bolluğunun” yaradılmasına dair sərəncam verib, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət komissiyası yaradıb. Lakin Türkmənistan televiziyaları ölkədə ərzaq qıtlığı haqda heç nə demir.

Xatırladılır ki, 2016-cı ildə də Türkmənistanda analoji ərzaq qıtlığı və bahalaşma yaranmışdı.

Qeyd edək ki, Türkmənistanda ərzaq qıtlığı və qiymətlərin artması Azərbaycanın ərzaq istehsalçılarının bu qonşu ölkənin bazarına çıxması üçün əlverişli şərait yaradır. Maraqlıdır, Azərbaycanın un, toyuq əti və yumurta istehsalçıları, habelə konditerləri Türkmənistana ixrac imkanları barədə düşünürlərmi?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107461

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031