Döyüş təyyarələri İŞİD terror təşkilatını bombalayıb

10.08.2014 - 10:23

Döyüş təyyarələri İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatını bombalayıb.
ANS
PRESS-in məlumatına görə, Mosulun Mahmur mahalı ətrafına yerləşən İŞİD
döyüşçülərini ABŞ və ya İraq qırıcılarının vurduğu ehtimal olunur.
Hava
hücumları zamanı xüsusilə İŞİD-in silah anbarları və ağır
artileriyaları hədəf alınıb. Əməliyyatdan öncə peşmergə və PKK üzvləri
hədəf olmamaq üçün ərazidən geri çəkilib.
Qeyd edək ki, bölgədə şiddətli qarşıdurmalar davam edir. Bununla yanaşı PKK və İŞİD arasında da toqquşmalar baş verib.
Silah səsləri, hətta peşmergələrin yerləşdiyi bölgələrdə belə eşidilib.
Səlahiyyətlilər gün boyunca davam edən qarşıdurmalarda nə qədər ölü və yaralı olduğu barədə hələlik bir açıqlama verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31