Türkiyə vətəndaşları öz prezidentlərini seçməyə artıq başlayıblar
Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.

prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən
parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin
satışı qadağan olunub.
yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin
məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən
yayılacaq.
MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini
açıqlayacaq.
Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın
namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam
Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu
prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd
isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı
“Xalqların Demokrat Partiyası” (HDP) sədri Səlahəddin Dəmirdaşdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10785