Afrikanın meymun yeyən insanları virusdan ölürlər
Virusun mənbəyi olduğu söylənilən qorilla və kiçik bonobo şimpanzeləri Azərbaycana gətirilmir
Keçən ilin dekabr ayından bu yana demək olar ki, min nəfərə yaxın insan dəhşətli Ebola virusunun qurbanı olub.
ANS PRESS-in məlumatına görə, verilən xəbərdarlıqlara baxmayaraq,
Qərbi Afrika sakinləri virusun daşıyıcısı ehtimalı yüksək olan
heyvanları yeməyə davam edirlər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın qərbində
yayılmış Ebola xəstəliyi ucbatından beynəlxalq səhiyyə həyəcanı elan
edib. Artıq Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı
930 nəfərə çatıb.
Təşkilatın xəbərinə görə, Syerra-Leone, Liberiya, Qvineya və
Nigeriyada Ebola qızdırmasından 729 nəfər ölüb. Fevral ayından bu günə
qədər 1603 yoluxma halı qeydə alınıb. Ebola qızdırması müalicəsi
olmayan, qanla, hava-damcı yolu ilə, həmçinin yoluxmuş insanın
əşyalarından keçə bilən olduqca təhlükəli virusdur. Virus tər, qan,
tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin
mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və
ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə
edilir.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə bildiriblər ki,
virusun ölkəmizdə yayılma ehtimalı yoxdur. Belə ki, alimlər tərəfindən
həmin virusun mənbəyi olduğu söylənilən qorilla və kiçik bonobo
şimpanzeləri Azərbaycana gətirilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10788