Bin Laden İŞİD haqda məktub yazıbmış…

11.08.2014 - 14:51

Öldürülmüş “əl-Qaidə” lider Üsamə Bin Ladenin İraq Şam İslam Dövləti (İŞİD) barədə yazdığı məktub tapılıb

ANS PRESS-in məlumatına görə, Bin Ladenin Pakistanda qaldığı yerdən kağız qalıqları arasından 21 səhifəlik məktubu araşdırılıb.

Bin Laden məktubda “əl-Qaidə” üzvlərinə tövsiyə edib.

Tövsiyədə bildirilir ki, İŞİD-lə əlaqələri tam kəssinlər. Məktubda
İŞİD üzvlərinin həyatlarını və döyüşlərinin boş olduğu vurğulanır.
Yazılanlara görə, İŞİD-in bu vəziyyəti “əl-Qaidə” təşkilatının
fəaliyyətini zəiflədir.

“İŞİD-lə ittifaq “əl-Qaidə”nin fəaliyyətini zəiflədir”, – deyə məktubda qeyd olunub.

Bin Ladenin məktubunda həmçinin qeyd olunur ki, İŞİD günahsız əhaliyə qarşı kimyəvi silahdan və xlor qazından istifadə edir.

Qeyd olunur ki, İŞİD məscidləri bombalayıb və Bağdaddakı Katolik
kilsənində qətliam törədib. Üsəma Bin Laden məktubunda İŞİD-i
qəddarlıqda və zorakılıqda ittiham edib.

Məktubu oxuyan mütəxəssislərə aydın olub ki, minlərlə amansız
cinayətlər törədən “əl-Qaidə” lüderi üçün İŞİD-in əməlləri daha
təhlükəli imiş. Bu, mütəxəssisləri heyrətləndirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31