"Cihad"a getmiş tələbədən qandonduran etiraflar

16.08.2014 - 16:38

“Suriyada iman uğrunda müharibə yox, fitnə və xəyanət
hökm sürür”. “Cihad” üçün İŞİD-ə qoşulmuş qazaxıstanlı tələbə üzləşdiyi
durumu qələmə alıb.

“Suriyada iman uğrunda müharibə yox, fitnə və xəyanət hökm sürür”  

“Cihad” üçün İŞİD-ə qoşulmuş qazaxıstanlı tələbə üzləşdiyi durumu qələmə alıb.

Teleqraf.com adı açıqlanmayan həmin tələbənin etiraflarını təqdim edir.  

“Ərəb ölkəsində oxuduğum zamanlar tələbələr arasında radikal
fikirlərə malik təbliğçi Əbu Hənifə də var idi. O bizimlə söhbət edirdi.
Deyirdi ki, bizə, hakimiyyətin başında duran günahkar-kafirlərə qarşı
mübarizə aparmaq, islam dövləti qurmaq kimi vacib bir missiya həvalə
edilib. İndi başa düşürəm ki, bizi necə yoldan çıxarırdılar. Bu
söhbətlər nəticəsində biz belə qərara gəldik ki, nəsə eləmək, öz
narazılığımızı yüksək səslə bildirmək, cihada getmək lazımdır. Biz belə
düşünür və buna səmimi şəkildə inanırdıq” – qazaxıstanlı tələbə
bildirib. A.-nın sözlərinə əsasən, onların qrupu, emissarların maliyyə
vəsaiti sayəsində Türkiyənin ərazisindən Suriyaya keçiblər. Antakya
şəhərində onları təbliğçilər qarşılayaraq sərhəddən keçiriblər. Daha
sonra onlar Suriyada təlim məşqlərinə başlayıblar: “Əvvəlcə silahlardan
söz də getmirdi. Biz sadəcə təlimlər keçirdik. Barakda yaşayırdıq. Sonra
bizə dedilər ki, silah verəcəklər və bizim vəzifəmiz – hökumət
əsgərlərinə qarşı vuruşmaqdır. Deyirdilər ki, təhlükəsizlik qüvvələri
hakimiyyətin icazəsi ilə bizim qardaş və bacılarımızı öldürür, odur ki,
biz də onların cavabını verməliyik. Bizə deyirdilər ki, döyüşmək
vacibdir. Xüsusilə, bizimlə tez-tez ərəb ölkələrindən şeyxlər söhbət
aparırdı. Bizə vəd verirdilər ki, buna görə bizə yaxşı pul verəcəklər,
bu işdə pul var və ən əsası – bu iş Allah üçün sevimlidir. Bizi təlim
bazasına apardılar, orada silahdan istifadə etməyi öyrətdilər,
təlimatçılar isə avropalı və amerikalı qardaşlar idi” – tələbə
xatırlayır. O deyir ki, təlimlərdən sonra hökumət qoşunları ilə
toqquşmada və insanların oğurlanmasında iştirak edib:  

“Gözlərimin önündə insanlar öldürülürdü. Döyüşçülər arasındakı
münasibət çox pis idi, müsəlmansayağı deyildi. Hamısı qəzəbli, mərhəmət
hissindən məhrum insanlar idi. Video çarxlardan da görünür ki,
döyüşçülər, hökumət əsirlərinə münasibətdə fərqli fikirdə olanları necə
öldürürlər. Ərəblər bizi, mühacirləri sevmirdilər, çinlilər adlandıraraq
ən ağır tapşırıqlara göndərirdilər. Elə olurdu ki, qardaşlar
izsiz-tozsuz yoxa çıxırdı, əmirlərimiz isə deyirdi ki, onlar ölüb və ya
Suriyanın Homs və ya Quta kimi digər regionlarına gediblər. Daha sonra
öyrənirdik ki, qardaşlar və ailələri heç yerə getməyiblər, onları yerli
ərəblər qul kimi satıb. Hə, məhz qul kimi… Çünki mühaciri satmaqla,
yerli sakinlər öz uşaqlarına toy edə və ya avtomobil ala bilərdilər.
Guya biz bu insanları qorumağa gəlmişdik, onlar isə bizə qarşı belə
davranırdılar. O zaman mən anlamağa başladım ki, bu cihad deyil, ABŞ və
Qərbin xüsusi təyinatlı xidmətlərinin oyunudur, biz isə sadəcə
oyuncağıq” – A. danışır. O, KİV vasitəsilə, Suriyaya getməyə
hazırlaşanları fikrindən dönməyə çağırıb. O əminliklə bildirir ki, orada
iman uğrunda müharibə yox, fitnə və xəyanət hökm sürür: “Biz elə
bilirdik ki, yerli sakinləri, qocaları, uşaqları, qadınları,
qoruyacağıq, lakin özümüz qurbana çevrildik. Orda bizi heç kim gözləmir.
Bu gün mən qəbul edirəm ki, çox böyük səhvə yol vermişəm” – tələbə
etiraf edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10881

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31