Güclü qasırğa səbəbindən Eyfel qülləsi turistlər üçün bağlanıb

03.01.2018 - 20:05

Böyük Britaniya, Fransa, İsveçrə və ABŞ-da güclü külək bir sıra ciddi fəsadlara yol açıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Eleonaro qasırğası səbəbindən yüz minlərlə ev işıqsız qalıb. London əhalisinə sel daşqınları ilə bağlı xəbərdarlıq edilib, Fransa və İsveçrədə təyyarə reysləri təxirə salınıb.

 

Şiddətli qasırğaya görə Eyfel qülləsi turistlərin üzünə bağlanıb. Qasırğanın sürəti saatda 160 kilometrdir.

 

ABŞ-də isə şaxta 11 nəfərin ölümünə səbəb olub. Florida və ətrafdakı yaşayış məntəqələrinə 30 ildən sonra ilk dəfə qar yağması proqnozlaşdırılır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=109118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31