İngiltərə Çempionatı: “Arsenal” 2-2 “Çelsi”-VİDEO

04.01.2018 - 10:41

İngiltərə Çempionatının 22-ci turu çərçivəsində “Arsenal”la “Çelsi” arasında keçirilən oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.

Trend-in məlumatına görə, hesabı 63-cü dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Cek Uilşir açıb. Qonaqlar bu qola cavabı 68-ci dəqiqədə verib – Eden Azar penaltidən fərqlənib. Daha sonra “Çelsi” hesabda irəli çıxıb, Markos Alonso 84-cü dəqiqədə hesabı 1:2 edib.

 Meydan sahibləri yalnız əlavə vaxtda hesabı bərabərləşdirib. Müdafiəçi Ektor Belyerin “topçular”ı məğlubiyyətdən qurtarıb.

“Çelsi” 46 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb, “Arsenal” isə 39 xalla 6-cıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=109138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31