Ölümlə mübarizə aparan Şumaxerin xəstə yatağından ilk fotosu – 4 il sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ – FOTO
Dünyanın ən məşhur Formula 1 pilotu Maykl Şumaxer 30 dekabr 2013 tarixində İsveçrədə xizək sürərkən başını daşa çırpmasının ardınca beyninə qan sızıb.
GoldNews.Az xəbər verir ki, xəstəxanada müalicə alarkən sağlamlığına qovuşa bilməyən və yatağa bağlı qalan alman pilotun bugünə kimi hərhansı fotosu mediaya sızmayıb.
49 yaşlı pilotun bir yaxını Cenevrədəki evinə gedərək Şumaxeri ziyarət edib. Bu zaman onun yataqda aparatlara bağlı şəkildə görüntüləyən şəxs Avropa mediasına 1 milyon dollar qarşılığında bu fotonu satmağa çalışıb.
Almaniya prokurorluğu görüntünün ortaya çıxması ilə araşdırma başladıb. Şəklin Makyl Şumaxerə aid olduğu doğrulanıb. Onu görüntüləyən şəxs isə qanun qarşısına çıxarılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=109148