“Mehmetçik” F-16-larla yadplanetliləri qovub: Generaldan SENSASİYA – VİDEO

08.01.2018 - 00:56

1999-cu ildə Suriya sərhədində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcıları uçan naməlum obyektləri təqib edib. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda eyni tarixdə Diyarbəkrdə Kolordu Komandirliyinin başçısı olan və daha sonra “Balyoz” istintaqından uzun müddət həbsdə qalan general Doğan Temel kitabında yazıb.
Onun sözlərinə görə, 19 il əvvəl Suriya ilə sərhəddə işıq saçan yad göy cisimlərinin uçması səbəbindən bölgəyə F-16 qırıcıları göndərilib. General qeyd edib ki, F-16-ların yad cismi ələ keçirdiyi zaman qırıcıların elektronik sistemləri kilidlənib və geri dönmək məcburiyyətində qalıb. Daha sonra bölgəyə helikopterlər və xüsusi təyinatlı qüvvələr göndərilib.
Uçan naməlum obyekt (UNO) olduğu təxmin edilən cisim daha sonra gözdən itib. Doğan Temel kitabında UNO olduğu deyilən və sərhəd xəttindəki əsgərlərin termal kamera ilə çəkdikləri fotoları da kitabında dərc edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31