Ermənilər Azərbaycan itini oğurladılar

08.01.2018 - 10:28

Ermənilər bu çoban itini də erməniləşdiriblər. BDU-nun erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi bu haqda A24.az saytına məlumat verib. Onun sözlərinə görə, ermənilər bütün dünyaya (hətta YUNESKO-ya) bəyan ediblər ki, bu it erməni itidir və özü də QAMPR (ԳԱՄՓՌ) cinsidir.
“Bu əsl çoban itləridir və ən çox Türkiyənin ANADOLU bölgəsində və AĞBABA – ŞÖRƏYƏL, BORÇALI bölgələrində, səhv etmirəmsə. Azərbaycanın Qazax, Tovuz, Gədəbəy bölgələrində daha çox yayılmışlar. Cinsi isə -Doq, Mastiff və ya Samsun cinsi kimi tanınır- (ensiklopediya). 1070-80 ci illərdə ermənilər həmişə gəlib Ağbaba mahalından bu itlərdən almaq istəyirdilər. Soruşanda isə deyərdilər ki, it boğuşdurma yarışları üçün alırıq. Hazırda Ermənistanda bi itlərdən doğrudan da müxtəlif it yarışlarında, o cümlədən, it boğuşdurma yarışlarında çox istifadə edirlər. Maraqlısı odur ki, ermənilər həm də sərhədlərin qorunmasında rus avçarkaları əvəzinə də bu itlərdən istifadə etməyə hazırlaşırlar”.
İsmayıl Tanrıverdi onu da əlavə etdi ki, Ermənistan Kinologiya Birliyinin rəhbəri Violeta Kaprielyan “Sputnik Armeniya” saytına verdiyi müsahibədə bildirmişdir ki, “Erməni qamprları 2018-ci ilin fevral, mart aylarında Ermənistan Respublikası hərbi qüvvələrinin əsgərləri ilə birlikdə sərhədləri qorumaq üçün bölgələrə göndəriləcəklər”.
“Onun sözlərinə görə, artıq 3 ildir ki,”Qamprlar Ermənistan sərhədlərində” proqramı hazırlanıb. Sərhədə göndəriləcək itlər ən azı 6 aylıq olmalıdırlar. Çünki, yalnız 6 ayından sonra itlərin döyüşkənliyi ,cəldliyi və müdafiə qabiliyyətini öyrənmək olur. Ancaq mütəxəssislər tərəfindən müsbət rəy alan itlər sərhədə göndərilə bilər. Biz əminik ki, bu “erməni canavar boğanları “ öz döyüşkənlik qabiliyyətləri ilə vətənin əsl qoruyucuları olacaqlar”.”

Short URL: http://www.cumhuriyyet.net/?p=109439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31