Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı: Səhv düşünmüşəm
10.01.2018 - 10:55
Daha öncə kosmosda boyunun 9 santimetr uzandığını deyən yaponiyalı astronavt Norişiqe Kanai yanlış düşündüyünü deyib.
Trend-in məlumatına görə, yanlış düşündüyünü anlamağa ona rusiyalı kosmonavt yardımçı olub.
Yaponiyalı astronavt bu barədə özünün “Twitter” səhifəsində yazıb: “Ekspedisiyanın komandiri rusiyalı kosmonavt Anton Şkaplerov dedi ki, 9 santimetr çox böyük rəqəmdir və mən yoxladım. Məlum oldu ki, həqiqətən mən yanılmışam. Belə ki, boyum 182 santimetr olub ki, bu da kosmosda yerdəki göstərici ilə müqayisədə 2 santimetr çox deməkdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=109614