“Kodu bilməyən soyundura bilməz” – Qız kilidli, kameralı alt paltarı ixtira etdi – VİDEO – FOTO

10.01.2018 - 11:26

Hindistanlı qız qəribə ixtirası ilə təəccübləndirib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Seenu Kumari adlı yeniyetmə təcavüzlərin qarşını almaq, təcavüzkara mane olmaq üçün üzərində GPS, kamera və qıfıl olan alt paltarı ixtira edib.

O bildirib ki, GPS sayəsində qadının harada olduğunu bilmək, kamera vasitəsi ilə isə təcavüzkarın üzünü çəkmək mümkündür.

Hindistanın Uttar Pradeş vilayətində kasıb ailəsində doğulan Seenu bu ixtirasına 67 dollar qiymət qoyub. Onun dediyinə görə çəhrayı rəngdə olan alt paltarını bıçaqla yırtmaq da mümkün deyil.

“Bunun üzərinə ağıllı kilid qoymuşam. Əgər siz parolu bilməsəniz, kilid açılmır. Kodu bilməyən soyundura bilməz. Həmçinin alt palarının üzərindəki GPS sizin harada olduğunuzu müyyən edir. Əgər sizi kimsə narahat etsə, bu zaman sizin yaxınlarınıza və polisə bu barədə məlumat daxil olur. Polislər GPS sayəsində sizin məkanı tapıb, təcavüzün qarşısını alırlar.

Bunu hər zaman geyinməyə ehtiyac yoxdur. Sadəcə, tək səfərə çıxan zaman və təhlükəli yerlərə getdiyinizdə geyinmək olar”.

Qeyd edək ki, Uttar Pradeş vilayətində qadınlara, qızlara qarşı təcavüz halları son zamanlar çoxalıb.


Short URL: http://www.cumhuriyyet.net/?p=109631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31