Müsəlman ölkəsində homoseksuallar özlərinə toy etdi

10.01.2018 - 12:27

Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb.

Publika.az xəbər verir ki, videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür.

Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

Görüntülərin Məkkə şəhəri yaxınlığında yerləşən Aradiyat bölgəsində lentə alındığı bildirilib. “Əl-Ərəbi” saytı polisin mərasimə basqın edərək iştirakçıları həbs etdiyini yazıb.

Toyun Məkkə yaxınlığında baş verməsi bəzi sosial media istifadəçilərini qəzəbləndirib. Onlar “Yer üzünün ən təmiz nöqtəsində iki kişi bir-birilə evlənir” şərhləri yazıb.

Səudiyyə Ərəbistanında şəriət qanunlarına əsasən, qadınların və kişilərin bir-birilə evlənməsi qadağandır. Buna görə LGBT üzvləri qamçı və ya ölüm cəzası ilə qarşı-qarşıya qalır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=109642

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31