Çox yaşamaq istəyirsinizsə bunu mütləq edin! – Araşdırma

11.01.2018 - 17:33
Fiziki işlər ürək –damar sisteminin qocalmasının qarşısını almaqda kömək edir və vaxtından əvvəl ölüm risqini azaldır.
Moderator.az Medical Xpress saytının mətbuat icmalına əsaslanaraq xəbər verir ki, Texas Universiteti Cənub-Qərb tibb mərkəzinin kardioloqları bu qənaətə gəliblər.
Tədqiqatda 50-dən çox orta yaşlı adam iştirak edib. Könüllülər iki qrupa bölünüb:-birində iki il fəal fiziki işlər görənlər, o birində yoqa ilə məşğul olanlar.
Birinci üç ay ərzində sadə tapşırıqlar yerinə yetirilib, 10 aydan sonra daha fəal hərəkətli tapşırıqlar.
Birinci qrupa aid olan adamlarda fiziki yüklənmə zamanı kislorod qəbulu 18 dəfə yaxşılaşıb, ürəyi sol mədəciyinin əzələ elastikliyi 25 faiz böyüyüb.
Tədqiqatçıların məsləhətinə görə maksimum xeyir görmək üçün 65 yaşınadək müntəzəm fiziki tapşırıqlar yerinə yetirmək lazımdır. Oturaq həyat tərzi ürək əzələlərinin zəifləməsinə , daralmasına səbəb olur ki, bu da qan təminatını pisləşdirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=109809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31