Fırtınaya düşən səyahət gəmisinin görüntüləri yayıldı – VİDEO

11.01.2018 - 17:39

“Norwegian Breakaway” səyahət laynerinin sərnişinlərindən biri güclü siklondan keçən gəminin göyərtəsindən lentə aldığı unikal görüntüləri internetə yerləşdirib.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, “RedCurtainEnt” adlı istifadəçi dekabrın 27-də Yeni il məzuniyyətini Nyu-Yorkdan Bahama adalarına səyahət edən nəhəng laynerin dörd min sərnişinindən biri olub.

Gəmi geri dönərkən qar çovğunu başlayıb, gəmi fırtınaya  düşüb. “Mashable” yazır ki, fırtınadan yan keçmək mümkün olsa da, gəminin kapitanı israrlı şəkildə təyin olunmuş kursu dəyişməyib. Bloqer ən “nəfəskəsici” anların görüntülərini montaj edərək, maraqlı videoçarx hazırlayıb. Həmin kadrlarda şiddətli küləklə müşayiət olunan okean fırtınanın təsiri altında gəminin atılıb-düşdüyünü, laynerin dəhlizlərinin  dalğaların gətirdiyi su ilə dolduğunu, sərnişinlərin ayaq üstə qalmaq üçün dəridən-qabıqdan çıxdığını görmək olur. Bloqerin dediyinə görə, bu cür vəziyyət üç günə yaxın davam edib.

“Breakaway” hər hansı ciddi insidentlə üzləşmədən yanvarın 5-də Nyu-Yorka qayıdıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=109812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31