“Facebook”un xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək

12.01.2018 - 11:26

“Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək

“Report” xəbər verir ki, bunu öz “Facebook” səhifəsində sosial şəbəkənin yaradıcısı Mark Sukerberq elan edib.

“Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, — deyə məlumatda bildirilir.

O, həmçinin əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək.

Sukerberq həmçinin xatırladıb ki, “Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=109853

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31