Poeziya, musiqi, idman və… – Məşhur siyasətçilərin SEVİMLİ MƏŞĞULİYYƏTLƏRİ – FOTO/VİDEO

12.01.2018 - 17:58

Dünyanın məşhur siyasətçilərinin işdən başqa məşğuliyyəti həmişə böyük maraq doğurur. Məsələn, Rusiya prezidenti Vladimir Putinin cüdo və hokkey həvəskarı olduğunu çoxları bilir. Bəs görəsən, başqa görkəmli şəxsiyyətlər və siyasətçilərin hansı sevimli məşğuliyyətləri olub?

Publika.az bir neçə nümunəni təqdim edir:

Rusiyanın ən populyar siyasətçilərindən sayılan Xarici İşlər Naziri Sergey Lavrov şeir yazır. Hələ tələbəlik illərində o, oxuduğu universitetin himninin sözlərini yazıb. İndiyə kimi də həmin himn istifadə olunur.

Uinston Çörçill dünyaca məşhur siyasətçi olmaqla yanaşı, həm də yazıçı olub. Britaniyalı nazir 1953-cü ildə Ernest Heminquey kimi dahini qabaqlayaraq ədəbiyyat üzrə Nobel mükafatı alıb.

İosif Stalin də gənclik illərində ədəbiyyata meyl salıb və seminariyada oxuyarkən şeirlər yazıb. Onun əlyazmalarının çoxu gürcü dilində olub.

Dünyanın ən tanınmış siyasətçilərindən sayılan Silvio Berluskoninin əsas hobbisi mahnı oxumaqdı və bu, onda heç də pis alınmır. O, İtaliyanın baş naziri postundakı son günündə 3-cü albomunu (Il Vero Amore – Əsl məhəbbət) buraxdırıb.

ABŞ-ın sabiq prezidenti Bill Klintonun saksafondakı məharətindən çoxları xəbərdardır.

Almaniya kansleri Angela Merkel də futbol sevgisiylə tanınır. Mətbuatda onun “Bavariya” və “Barselona”ya simpatiya bəslədiyi iddia olunur.

Belarus prezidenti Aleksandr Lukaşenko hokkey “xəstəsi”dir. Əsl fanat kimi dəfələrlə belaruslu hokkeyçilərin çıxışını tənqid edib.

ABŞ-ın sabiq baş katibi Con Kerri də hokkey vurğunudur.

Təbii ki, ABŞ prezidentlərinin ən çox maraq göstərdiyi idman növü qolfdur. Demək olar ki, qolf Ağ evdəki məşhur oval kabinetdə oturan bütün siyasətçilər üçün sevimli məşğuliyyət olub. Donald Tramp isə qolf meydançasında daha çox vaxt keçirməklə sələflərini üstələyir.

Trampın sələfi Barak Obama isə basketbol həvəskarıdır və “Çikaqo Bullz”a azarkeşlik edir. Onun ABŞ-da prezidentlik dövrü bitəndən sonra mətbuatda hansısa MBA klubuna rəhbərlik edəcəyi barədə söz-söhbətlər də çıxmışdı.

Pərviz Hikmət

Short URL: http://www.cumhuriyyet.net/?p=109903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31