Pornoulduzun Trampla əlaqələri pul gücünə gizlədildi

13.01.2018 - 16:46

ABŞ prezidenti Donald Trampın Stormi Deniels adı ilə tanınan pornoulduz Stefani Kliffordla keçmişdə münasibətinin olduğu iddia edilib. İddiaya görə, prezidentin vəkili keçmiş əlaqələri gizli saxlaması üçün pornoulduza 130 min dollar ödəyib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu gizli sövdələşmə 2016-cı ildə ABŞ-da seçki kampaniyasının qızğın şəkildə davam etdiyi bir vaxtda baş tutub. Ağ Ev bu məlumatların yalan olduğunu açıqlayıb.

Vəkil Mayl Koen qəzet redaksiyasına verdiyi açıqlamada bir daha Trampın Danielslə hər hansı əlaqələrinin olmadığını əmin edib. Bununla belə, ödəniş barədə yayılan məlumatı təkzib etməyib.

“The Wall Street Journal” jurnalistləri ödəniş barədə məlumatlar toplayıb. Hadisədən xəbəri olan mənbələrə istinadən, qəzet qeyd olunan məbləğin vəkilin vasitəsilə Denielsin Los-Ancelesdəki bank hesabına köçürüldüyünü bildirir.

Qəzet iddia edir ki, Trampın pornoaktrisa ilə əlaqələri ABŞ-ın birinci xanımı Melania ilə 2006-cı ildə evlənməsindən sonra yaranıb .

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=109970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930