Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum olub

15.01.2018 - 11:48

Ümumdünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyasına əsasən superağır çəkidə çempion britaniyalı Entoni Coşua martın 31-də  Kardiffdə Ümumdünya Boks Təşkilatının (WBO) çempion tituluna malik Yeni Zelandiyalı Cozef Parker ilə görüş keçirəcək.

APA-nın məlumatına görə, E. Coşua bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

Qeyd edək ki, 25 yaşlı C. Parker indiyə qədər peşəkar rinqdə məğlubiyyətlə üzləşməyib, 18-i nokautla olmaqla, 24 qələbə qazanıb. İndiyə qədər 28 yaşlı E. Coşua da məğlubiyyətlə üzləşməyib, 20 görüşünün hamısında nokautla qalib gəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109998

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31