Gürcüstan prezidenti üçüncü dəfə ata olub
Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin oğlu anadan olub.
Bu barədə dövlət başçısının rəsmi Facebook səhifəsində bildirilib.
“Toma Marqvelaşvili anadan oldu”, – rəsmi səhifədə yazılıb.
Qeyd edək ki, Gürcüstan prezidenti və onun həyat yoldaşı Maka Çiçua 2014-cü ildə rəsmi nikaha daxil olublar. Cütlüyün 2015-ci ilin fevralın 2-də Temo adlı oğulları dünyaya gəlib. G.Marqvelaşvilinin əvvəlki nikahdan Anna adlı qızı da var.
Short URL: http://www.cumhuriyyet.net/?p=110108