Gürcüstan lideri Saakaşvilini əfv etmədi

17.01.2018 - 11:27

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili qiyabı olaraq ölkəsində mühakimə olunan  Saakaşvilini əfv etmək niyyətində deyil

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Gürcüstan lideri bu barədə “Rustavi-2” teleşirkətinə verdiyi müsahibədə bildirib.

“Mən hansı məntiqə görə Saakaşvilini əfv etməliyəm? Prokurorluq ittihamı hansı şəkildə irəli sürəcəyini, istintaqı hansı şəkildə aparacağını qərarlaşdıra bilmir, hakimlər əfvlə bağlı qanunvericilikdən qanunsuz istifadənin sərhədlərini müəyyən edə bilmir. İndi elə çıxır, Gürcüstan prezidenti əfv etməli və bununla onların səhvini düzəltməlidir?”, – deyə Marqvelaşvili özündən çıxıb.

“Əfv etmə – məhkəmə səhvinin düzəlişi deyil, daha çox bir şəfqət aktıdır. Sizcə, bu cür reallığın qarşısında Saakaşvilliyə qarşı müsbət emosiya bəsləyə bilərəm?”, – deyə prezident bildirib.

Gürcüstanın dövlət başçısı keçmiş həmkarını prokurorluq və məhkəmələrin köhnə ənənələr əsasında fəaliyyət göstərdiyi mövcud ədliyyə sisteminin yaradılmasında günahkar bilib. Marqvelaşvilinin sözlərinə görə, hakimiyyət bu cür sistemin kökünü kəsməkdə acizdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=110225

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31