Avtomobil yolları pullu olacaq – Yanvarın 20-dən sonra
Pxenyan-Vonsan sürətli turist yoluda ödənişli olacaq
Şimali Koreyada yanvarın 20-dən sonra avtomobil yolları pullu olacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu məlumat Rusiyanın Şimali Koreyadakı səfirliyinin Facebook səhifəsində yayılıb. İnformasiyaya əsasən, Pxenyan-Vonsan sürətli turist yoluda ödənişli olacaq. “Bundan sonra yay mövsümündə Şimali Koreyanın paytaxtından Yapon dənizinin şərq sahillərində isitrahət etməyi sevənlər öz avtomobilləri üçün iki tərəfə 8 avro ödəməli olacaq”, – deyə səfirlik bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=110268