Rusiyada 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib, 6 nəfər yaralanıb – VİDEO

19.01.2018 - 11:43

Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib.

Xezerxeber.az-ınməlumatına görə, bu gün səhər şəhərin 5 saylı orta məktəbində yeniyetmə 7-ci sinif şagirdlərinə hücum edib, onlara balta ilə xəsarət yetirib və sinif otağını yandırıb.

Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilir ki, insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3 nəfərin, o cümlədən müəllimin vəziyyəti ağırdır.

Hücum edən şəxs özünə də xəsarət yetirib. O da xəstəxanaya yerləşdirilib.

Bəzi məlumatlara görə, məktəbə hücum edənlər üç nəfər olub. Onlardan ikisi hadisə yerindən qaçıb gizlənib.

Faktla bağlı iki və daha artıq şəxsə qəsd maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin səbəbi araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=110393

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31