Afrindən Türkiyəyə 3 raket atıldı -1 ölü, 32 yaralı var

21.01.2018 - 21:24

Bu gün Suriyanın Afrin bölgəsindən PYD-li terroristlər tərəfindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Musavat.com-un türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir. Yarlanan 32 nəfərdən isə ikisinin vəziyyəti ağırdır.

Məlumata görə raketlər 16:00 radələrində Reyhanlı qəsəbəsinə 3 fərqli yerlərə atılıb. Pınarbaşı, Gültepe ve Mustafa Kemal Paşa məhəllələrinə düşən raketlər böyük qorxuya səbəb olub. Raketlərin düşdüyü məhəllələrdə evlərlə yanaşı küçədəki avtomobillər də zərər görüb. Hadisə yerinə dərhal təcili tibbi yardım işçiləri gəlib. Yaralılara ilkin yardım göstərilir.

Hadisə anı yerli sakinlər tərəfindən videolentə alınıb.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Afrindən Hatay bölgəsinə 3 raket atıldı -1 ölü, 32 yaralı var
Afrindən Hatay bölgəsinə 3 raket atıldı -1 ölü, 32 yaralı var
Afrindən Hatay bölgəsinə 3 raket atıldı -1 ölü, 32 yaralı varAfrindən Hatay bölgəsinə 3 raket atıldı -1 ölü, 32 yaralı var

Short URL: http://www.cumhuriyyet.net/?p=110547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31