NATO-dan Türkiyəyə dəstək: “HAQQI VAR”
Hər ölkənin özünü müdafiə etməyə haqqı vardır. Bu sözlər NATO-nun Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlamasında yer alıb. NATO-dan verilən açıqlamada Türkiyənin əməliyyat barədə təşkilata üzv ölkələri qabaqcadan məlumatlandırdığı bildirilib. Türkiyənin qarışıq bir bölgədə yerləşdiyini və terrordan açıq şəkildə zərər çəkdiyi vurğulanıb.
NATO-nun açıqlamasında həmçinin türk rəsmilərin Baş katib Yens Stoltenberqlə mütəmadi olaraq əlaqədə olduğu qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=110573