Ukraynada əcnəbilər üçün seks-turlar təşkil edən azərbaycanlı saxlanılıb

22.01.2018 - 00:50

Ukraynada Türkiyədən Xarkov şəhərinə turist axınları təşkil edən 24 yaşlı azərbaycanlı həbs ediləcək. Oxu.Az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, gənc “işbaz” internetdə türklər üçün tanışlıq saytı yaradaraq, orada həftə sonuna nəzərdə tutulmuş seks-turların təşkili üzrə elanlar yerləşdirirmiş.
Məlumata görə, tam bir il biznes saat kimi işləyib – gənc oğlan kafe və gecə klublarında ehtiyacı olan qızları axtarır və onlara asan qazanc yolu təklif edirmiş. Türk dilini bilən azərbaycanlı öz müştəriləri ilə müstəqil şəkildə yazışırmış. Qonaqları hava limanında qarşılayan “işbaz” onları Xarkov hotellərində yerləşdirir, sonra isə yerli qadınların iştirakı ilə əyləncə proqramı təşkil edirmiş. Sonra qonaqlara seksual xidmətlərə görə qiymət cədvəlini təqdim edən işbaz pulunu alaraq, qızlarla da hesablaşırmış.
Hazırda 24 yaşlı “işbazı” 4 ildən 7 ilədək həbs cəzası gözləyir. Araşdırma getdiyi dövrdə istintaq təcridxanasına yerləşdirilən gənc oğlan 225 000 qriven (7800 manat – red.) qarşılığında zaminə buraxıla bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=110584

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31