Bu gün AŞPA-nın qış sessiyası başlayır

22.01.2018 - 09:53

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

“Report” xəbər verir ki, sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək.

Bundan başqa, Danimarkanın varis şahzadəsi, Avstriyanın Prezidenti Aleksandr van der Bellen iclasda çıxış edəcək. Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarqsyan AŞPA deputatları qarşısında məruzə edəcək.

Yanvarın 26-da isə sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı hesabat müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.

Sessiya yanvarın 26-da başa çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=110592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31