Ərdoğanın oğlu və kürəkəni Afrin əməliyyatında – FOTO

22.01.2018 - 11:01

Türkiyənin Afrin əməliyyatında Rəcəb Tayyib Ərdoğanın oğlu da iştirak edib. Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Afrin əməliyyatının gedişatını izləmək məqsədilə pilotsuz uçan aparatların izləmə mərkəzinə gəlib. Afrin əməliyyatında istifadə olunan pilotsuz uçan qurğuları istehsal edən şirkət isə prezidentin kürəkəni Səlcuq Bayraqdara məxsusdur.

İnformasiyanı özünün “Tvitter” hesabından paylaşan Səlcuq Bayraqdar qurğulara nəzarət mərkəzindən paylaşdığı fotoda Bilal Ərdoğanın olması diqqət çəkib: “Yeni istehsal etdiyimiz ən son texnologiyalara cavab verən avadanlıqlarımız ilk dəfə “Zeytun budağı” əməliyyatında istifadə olunur. Texniki işçilərimizlə Türkiyənin Hərbi Hava Qüvvələrinə dəstək olmaq üçün burdayıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=110609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31