Suarez azərbaycanlı rəssamın əsərlərini aldı – “Barselona” futbolçu heyran qaldı (VİDEO)

22.01.2018 - 14:31

Ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.

Azərbaycanlı rəssamın hazırladığı əl işlərinə hətta dünyaca məşhur şəxslər də maraq göstərir.

Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

Rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllimə kimi çalışdığına görə bu işə çox vaxt ayıra bilmir. İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

Lalə Əsəgərovanın sözlərinə görə, bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu olan Suarez də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. Bu işin vaxt aparan və səbr tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.

Cumhuriyyet.net mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Short URL: http://www.cumhuriyyet.net/?p=110635

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31