ABŞ-da kassasız və satıcısız “ağıllı” mağaza açılır-VİDEO

24.01.2018 - 12:44

Dünyada kassası və satıcısı olmayan ilk “ağıllı” mağaza yanvarın 22-də ABŞ-da açılacaq.

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, istənilən arzu edən şəxs mağazanın girişində smartfonunu turniketə söykəyərək oradan alış-veriş edə bilər.

Alıcıdan tələb olunan yeganə şey isə xüsusi mobil əlavəni işə salıb smartfonun ekranında görünən QR-kodu skan etməkdir. Bundan sonra o, istənilən məhsulu götürərək evinə gedə bilər. Əldə olunan məhsulun pulu isə avtomatik olaraq “Amazon” akksuntuna qoşulmuş kartdan çıxılacaq.

Bununla belə, mağazanı ziyarət edənləri kameralar sistemi və sensorlar izləyəcək. Bu kameralar nəinki alıcının rəfdən götürdüyü məhsulu qeydə alacaq, həmçinin onun qaytarıb geri qoyduğu məhsula da nəzarət edəcək.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=110906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31