“Azərbaycan millisi kağız üzərində güclüdür” – Lüksemburq yığmasının baş məşqçisi

25.01.2018 - 11:10

“D Liqasında aşkar favorit yoxdur. Lakin dörd komanda – Azərbaycan, Makedoniya, Belarus və Gürcüstan kağız üzərində güclüdür”.

“Report” xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni liqada yer alan Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts deyib. 49 yaşlı mütəxəssis bildirib ki, sözügedən 4 kollektiv peşəkar futbolçulara malikdir: “Bu yığmalar peşəkar futbolçularla rəqabət aparırlar. Lakin bizdə elə deyil. Buna rəğmən, qrup qalibi olmağa can atacağıq”.

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb. Lüksemburq yığması isə Belarus, Moldova və San Marino kollektivləri ilə II qrupa düşüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=111002

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31