Ulduz falı: Çılğınlıqdan uzaq olun
QOÇ – Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün cinsi yaxınlıq, ağır fiziki işlərə girişmək və səfərə çıxmaq sizin üçün yolverilməzdir.
BUĞA – O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.
ƏKİZLƏR – Ayın bürcünüzdə olmasına baxmayaraq gün ərzində ümumi ovqatınız yüksək olacaq. Saat 14-dən sonra xoş hadisələrlə üzləşəcəksiniz. Axşamsa ciddi müzakirələrdə iştirakınız gözlənilir.
XƏRÇƏNG – Saat 15-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz. Günün ikinci yarısını gözləyin.
ŞİR – Hər mənada uğurlu təqvimdir. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Amma məbadə falçı yanına gedəsiniz.
QIZ – Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.
TƏRƏZİ – Bu gün istirahət etmək fikriniz çətin ki, baş tuta. Əksinə, ikitərəfli sövdələşmələrə və yeni işlərə başlamaq lazımdır. Büdcənizdə artım da ola bilər. Axşama doğru mübahisələrdən uzaq qaçın.
ƏQRƏB – Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.
OXATAN – Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız.
OĞLAQ – Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrinə düşüb. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.
SUTÖKƏN – Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var. Münasibətləri də qoruyun.
BALIQLAR – Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla xırda mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.
Short URL: http://www.cumhuriyyet.net/?p=111151