Bill Geytsin övladı necə həyat tərzi keçirir? – Ceniferin hobbisi

27.01.2018 - 16:07

Bill Geyts və onun ailəsi hər zaman müzakirə mövzusu olub. Onların necə həyat tərzi keçirməsi, lüksə maraqlarının olub-olmaması daima maraq doğurub. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ailə barədə məlumatlar öz rəngarəngliyi ilə diqqət çəkir. Belə ki, Bill Geytsin qızı çox aktiv tələbəlik həyatı ilə paralel atçılıq sahəsi üzrə də ixtisaslaşıb. Onun ən böyük rəqibi isə Stiv Cobsun qızı Eve Jobsdur. Atalarının texnologiya dünyasındakı rəqabətini qızları da günümüzdə, yarışlarda davam etdirirlər.

Bill və Melinda Geytslərin qızı Cenifer 26 aprel 1996-cı ildə dünyaya gəlib. Cenifer üç uşaqdan ən böyüyüdür.

Nə qədər atası Microsoftun qurucusu olsa da, Ceniferin uşaq vaxtı kompüter arxasında olduğu müddət olduqca məhdud olub. Bundan başqa, 14 yaşına gələnə qədər də cib telefonundan istifadə etməyib.

Cenifer və digər bacı-qardaşları atalarının oxuduğu və məzun olduğu litseyə – Sietldəki məktəbə gediblər. Cenifer məzun olandan sonra təhsilinə Stenfordda davam etməyə başlayıb. Cenifer Geyts hazırda biologiya üzrə təhsil alır.

Ceniferin təkcə dərslə məşğul olmur. Altı yaşından bəri jokeyliklə məşğul olan qızın atının adı isə Aleksdir.

Qızının bu ehtirasına dəstək olmaq üçün Bill Geyts minicilərin tərcih etdiyi yer sayılan Floridanın Vellington bölgəsində qızı üçün daşınmaz əmlaklar alıb. “The Miami Herald”ın xəbərinə görə, Bill Geyts bu əmlaklara 37 milyon dollar xərcləyib.

Cenifer Geyts indiyə qədər bir çox məşhurun övladı ilə yarışa çıxıb. Bunların sırasında Stiv Cobsun qızı Eve olmaq üzrə, Bryus Springstinin qızı Cessika və Stiven Spilberqin qızı Destri də olub. Gənc qız onların qatı rəqibi sayılır.

“Horse Netvork”a verdiyi müsahibədə Cenifer deyib ki, məktəb qayğılarını və at minməyi eyni vaxtda həyata keçirmək yorucu olsa da, zövq verir. O, həftə içi Stenfordda dərsləri ilə maraqlandığı halda həftə sonları cıdırlarda şou göstərir.

Bill Geyts isə övladlarına sərvətinin çox kiçik bir qismini miras qoyacağını deyir. O, özünü uşaqlarının öz ayaqları üstündə dayanmasını istəyən bir ata kimi təqdim edir.

Məzuniyyətdən sonra təhsilini tibb məktəbində davam etmək istədiyini deyən Cenifer bununla paralel idmandan, atçılıqdan da vaz keçmək istəmir.

Sevinc

Short URL: http://www.cumhuriyyet.net/?p=111206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31