Zabit Səmədovdan ona meydan oxuyan idmançıya cavab: zal ayağa qalxdı-VİDEO

29.01.2018 - 18:53

K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş “Mauqli” ləqəbli idmançı Zabit Səmədov növbəti döyüşünə çıxacaq.

Britaniyadan olan kikboksçu James McSweeney İzmirdə Beynəlxalq Mix Fight Çempionatında həmyerlimizə meydan oxuyub. Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub.

Zabit “Azərbaycan-Türkiyə – iki dövlət bir millət” şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı “Bu şəxsin kim olduğunu bilmirəm amma, qarşılaşmanı çox pis vəziyyətdə məğlub olacaq” deyib. Əsgərlərə də səbr və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb.

Qeyd edək ki, Zabit Səmədov James McSweeneyin çağırışına cavab verib və aprel ayında Almaniyada görüş olacağı planlaşdırılır. (baku.ws)

Short URL: http://www.cumhuriyyet.net/?p=111330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31