PKK ilə İŞİD arasında ilginc bazarlıq – Video

30.01.2018 - 08:35

PKK Türkiyəyə qarşı döyüşmək üçün İŞİD terrorçuları ilə əməkdaşlıq qurur. Teleqraf.com xəbər verir ki, PKK Türkiyəyə qarşı vuruşmaq istəyən İŞİD üzvlərinə azadlıq vəd edib. PKK-nın mühasirəsi altında olan İŞİD-çilərə adlarının terrorçu siyahısından çıxarılacağına dair söz verilib.

Azad Suriya Ordusunun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, mühasirədə olan İŞİD-in təklifi qəbul etməkdən başqa çıxış yolu qalmayıb: “Suriyada İŞİD-ə ikinci nəfəs verilir. Artıq İŞİD-çilər xaricdəki məsləkdaşlarına mesaj göndərərək Suriyaya dəvət edirlər. Həbsxanalardakı İŞİD-çilər də azadlığa buraxılıblar. Onların arasında tanınmış İŞİD-çilər də var. Onlar partlayıcı maddələr hazırlamaq üzrə mütəxəssisdirlər. PKK onların bacarıqlarından Türkiyəyə qarşı istifadə etmək istəyir”.

C.Karmo hazırda PKK sıralarında qeyri-kürd milliyətindən olan əcnəbilərin dә olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=111350

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31