“Zeytun budağı”: məhv edilən terrorçuların sayı 649-a çatdı

30.01.2018 - 11:18

Suriyada aparılan “Zeytun budağı” əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Cumhuriyyet.net-in Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib.

Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib.

Türkiyə Baş Qərargahı “Zeytun budağı” əməliyyatının uğurla davam etdiyini bildirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=111379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31