Canlı yayımda əlbəyaxa: iki məşhur jurnalist dalaşdı – VİDEO
Rusiyanın ən məşhur jurnalistlərindən olan Maksim Şevçenko və Nikolay Svanidze “Komsomolskaya Pravda” radiosunun canlı efirində dalaşıblar.
Milli.Az bildirir ki, onlar İkinci Dünya Müharibəsində sabiq Sovetlər Birliyinin qələbəsində İosif Stalinin rolu ilə bağlı mübahisə ediblər.
“Radiorubka” verilişinin mövzusu “Stalinizm müalicəyə zərurət duyulan xəstəlikdirmi?” idi.
“Stalin ölkəni Hitlerlə müharibəyə fəlakətli vəziyyətdə çatdırdı. 1941-ci ilin sonunda alman əsirliyində artıq 3,8 milyon sovet vətəndaşı vardı”, – N.Svanidze deyib.
M.Şevçenko isə buna cavab olaraq söyləyib: “Fransadan fərqli olaraq Sovetlər Birliyi almanların qarşısında diz çökməmişdi. Sovetlər Birliyi vuruşurdu. Sən isə bu sözlərinlə o müharibədə həlak olanların məzarlarına tüpürürsən”.
N.Svanidze sinirlənib və M.Şevçenkoya “Mən məzarlara tüpürmürəm, sən əclafsan! Yaxında olsaydın, vurardım səni!” deyib.
Şevçenko “Vur görüm!” söyləyəndə N.Svanidze yerindən durub və M.Şevçenkoya yaxınlaşaraq ona şillə vurub.
Dava da bundan sonra başlanıb. M.Şevçenko ondan 11 yaş böyük olan opponentini iki zərbə ilə yerə sərib.
“Radiorubka”nın aparıcısı Yelena Afonina dalaşanları zorla ayırıb, verilişi yarımçıq kəsib.
Short URL: http://www.cumhuriyyet.net/?p=111508