Millətçilər Züleyxa İsmayılovanı ölkədən qovmaqla hədələyib

31.01.2018 - 18:03

Tallinin vitse-meri, əslən azərbaycanlı Züleyxa İsmayılova onu ölkədən qovmaqla hədələyən estoniyalı millətçilərin ittihamlarından bezib.
Cumhuriyyet.net Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Estoniya KİV məlumat yayılıb.

İsmayılova “Facebook” səhifəsində EKRE partiyasının üzvü Oliver Bekkerdən bir növ “nifrət məktubu” aldığını bildirib.

“Yeni dostum peyda olub – EKRE nasisti. Əvvəllər də nifrət məktubu alırdım, ancaq bu, daha əlamətdardır. İndiyə kimi məni ölkədən qovmaqla heç kimi hədələməmişdi”, – deyə İsmayılova yazır.

İsmayılova məktubun mətnindən çıxarış edərək, yazıya əlavə edib.

“Qorxunc bir hadisənin baş verməsini istəmirsinizsə, bizim torpaqdan gəldiyiniz yerə rədd olub gedin. Əks halda, Yaşıllar Partiyasının bütün üzvlərinin həyatını cəhənnəmə çevirəcəyik. İsmayılova, Sizdən və bütövlükdə Yaşıllar Partiyasından canımız qurtarana kimi dayanan deyilik. Sizə göstərəcəyik. Bu, hələ başlanğıcdır”, – deyə “nifrət məktubunda” qeyd olunur.

Məktubun müəllifi Bekkerin 2016-ci ildən EKRE partiyasının üzvü olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=111557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31