Ronaldunun dublu “Real”a PSJ üzərində qələbə qazandırıb, “Liverpul” “Portu”ya 5 qol vurub – VİDEO

15.02.2018 - 09:12

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

“Report” xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” “Santyaqo Bernabeu” stadionunda favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş Ronaldunun dublu sayəsində 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Cavab qarşılaşması martın 6-da Parisin “Park de Prens” stadionunda keçiriləcək.

Digər qarşılaşma Portuqaliyanın “Draqau” stadionunda baş tutub. Burada “Liverpul”u qəbul edən yerli “Portu” klubu böyükhesablı məğlubiyyətlə üzləşib.

Qonaqların heyətində mane het-trikə imza atıb.

Komandalar arasında cavab qarşılaşması martın 6-da “Liverpul”un “Enfild” stadionunda keçiriləcək.

Çempionlar Liqası. 1/8 final. 1-ci matçlar

“Real” – PSJ – 3:1

Qollar: 0:1 – Rabio – 33, 1:1 – Ronaldu – 45 (pen), 2:1 – Ronaldu – 83, 3:1 – Marselo – 86

“Portu” – “Liverpul” – 0:5

Qollar: 0:1 – Mane – 25, 0:2 – Salah – 29, 0:3 – Mane – 53, 0:4 – Firmino – 69, 0:5 – Mane – 85

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031