“Mehmetçik”dən terrorçulara AĞIR ZƏRBƏ: 40 avtomobil birdən… – VİDEO

23.02.2018 - 11:41

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrindəki terrorçu qruplaşmalara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 35-ci gününə qədəm qoyub.

Hərəkatın 34-cü günündə birləşmiş qüvvələr 8 kəndi terrorçulardan azad edib, 99 nöqtədə nəzarəti ələ keçirib. PKK/PYD-li terrorçulardan təmizlənən bölgə ilə Afrin şəhərini çevrələyən hilal tamamlanıb.

Kilis bölgəsi yaxınlığında Şeyx Huruz bölgəsindəki terrorçu hədəfləri bombardman altında saxlanılır. Türkiyə Silahlı Qüvvələri Baş qərargahlığından verilən məlumata görə, hərəkatda 1829 terrorçu məhv edilib.

Bundan başqa, Afrində PKK/KCK/PYD-YPG və İŞİD təşkilatların aid 30-40 avtomobildən ibarət hərbi karvanı atəşə tutulub. Baş qərargahlıq həmin əməliyyatın görüntülərini Yutuba tükləyib və tvitter hesabından paylaşıb. Lakin Yutub görüntüləri şirkətin siyasətinə uyğun gəlmədiyi və vizual baxımdan narahatlıq verdiyi üçün silib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113771

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930